Taekvondoçularımız Gimnaziadada daha 10 medal qazandı – FOTO

Taekvondoçularımız Gimnaziadada daha 10 medal qazandı – FOTO

Hazırda oxunan: Taekvondoçularımız Gimnaziadada daha 10 medal qazandı – FOTO

243236

Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışları başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi ikinci gündə 9 qızıl və 1 gümüş medala sahib çıxıb.

Komandanın heyətində Fidan Muxtarzadə (29 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Musa Süleymanlı (37 kiloqram), İnci Oruczadə (37 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Elmir Səlimov (53 kiloqram), Eda Eren (55 kiloqram), Rəsul Cavadzadə (61 kiloqram), Fuad Həsənov (+65 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmira Bayrak (41 kiloqram) isə gümüş mükafata yiyələnib.

Bununla da millimiz yarışı 10 qızıl, 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub. Yığma ötən gün isə 6 mükafata layiq görülmüşdü.

Qeyd edək ki, Oyunlara aprelin 12-də yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO