27 yaşlı xalası oğlunu qətlə yetirən şəxs TUTULDU

27 yaşlı xalası oğlunu qətlə yetirən şəxs TUTULDU

Hazırda oxunan: 27 yaşlı xalası oğlunu qətlə yetirən şəxs TUTULDU

243235

Bakıda 27 yaşlı kişini qətlə yetirib qaçmaqda şübhəli bilinən şəxs tutulub.

Bizim.Media xəbər verir ki, aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində 1998-ci il təvəllüdlü Nail İltifat oğlu Həsənovu qətlə yetirməkdə təqsirləndirilən xalası oğlu, 1986-cı il təvəllüdlü Hüseyn Əvəz oğlu Şirinovun yeri müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Hazırda Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO