TƏBİB-in dəqiqləşdirə bilmədiyi “dəqiqləşdirilməmiş infeksiya” NƏDİR?

TƏBİB-in dəqiqləşdirə bilmədiyi “dəqiqləşdirilməmiş infeksiya” NƏDİR?

Hazırda oxunan: TƏBİB-in dəqiqləşdirə bilmədiyi “dəqiqləşdirilməmiş infeksiya” NƏDİR?

243224

Bildiyimiz kimi,  mövsümi dəyişikliyi dövründə bəzi viruslara kəskin yoluxma halları müşahidə olunur. Bu virusların  müxtəlif əlamətləri olur. Ancaq bəzən sürətli yayılan bir infeksiyaya konkret bir ad yox, dəqiqləşdirilməmiş infeksiya diaqnozu qoyulur.

Məsələn, elə yaxın günlərdə  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşağın virusa yoluxmasıyla bağlı TƏBİB-in açıqlamasında bildirilib ki, 2 uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib.  

Bəs, niyə infeksiyanın adı dəqiqləşdirilə bilmir? Dəqiqləşdirilməmiş infeksiya dedikdə nə nəzərdə tutulur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən infeksionist Mərdan Əliyev qeyd edib ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyasına kəskin respirator virus infeksiyalar da deyirik. 

“Artıq klinik olaraq bu diaqnoz qoyulur. Bu xəstəlikləri 200-ə yaxın virus törədir. Buna görə də onun adı "dəqiqləşdirilməmiş" qoyulur. Çünki 200 virusu təyin etmək çətindir. Həmçinin, bu xəstəliklərin müalicəsi də eyni istiqamətli olduğu üçün o virusu təyin etmək həm vaxt, həm maddi baxımdan çətin olduğu üçün təyin edilmir”.

Həkimin sözlərinə görə bu məqamda əsas məsələ müalicənin necə aparılmasıdır.

“Bu virusların müalicəsi isə eyni olur. Yəni, qrip virusu da tapsaq, adenovirus da tapsaq, müalicəsi eyni olacaq. Buna görə də bunu təyin etməyə ehtiyac olmur, "dəqiqləşdirilməmiş virus" adı qoyulur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO