Filarmoniya bağındakı royal bir müddətdir ki, istifadəyə bağlıdır.
Belə ki, bu royal bağda istirahət edənlər üçün maraq doğurur, həmçinin, orada müxtəlif ifalar da eşidilirdi. Buna görə də royalın qapalı olması bağa gedənləri bir qədər təəsüfləndirir, yenidən açılıb, açılmayacağı maraq doğurur.
Mövzuyla bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.
Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Lalə Əliyevanın Bizim.Media-ya verdiyi məlumatda bildirilir ki, royalın işlək bir neçə hissəsində xəta yaranıb:
“Royalın ehtiyat hissələri xaricdən alınır. Həmin hissələr isə artıq sifariş verilib, gəldikdə royal yenidən açılacaq”.
Qeyd olunub ki, söhbəti gedən royal Bakı Abadlıq Xidmətinin Filarmoniya bağına hədiyyəsidir və eynisindən Xankəndidə də var.
Nəzrin Mirzəyeva, Bizim.Media