“Azərbaycan Dəmir Yolları”nın sürət qatarının Tbilisidə FOTOSU yayıldı

“Azərbaycan Dəmir Yolları”nın sürət qatarının Tbilisidə FOTOSU yayıldı

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”nın sürət qatarının Tbilisidə FOTOSU yayıldı

243218

May ayından etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkətinin bərpa olunacağı ilə bağlı əvvəllər yayılan məlumat yenidən gündəmə gəlib. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sürət qatarının Tbilisidə çəkilişi çoxları tərəfindən Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının mayın 1-dən fəaliyyətə başlayacağının növbəti təsdiqi kimi qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu faktı şərh edən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev caliber.az-a bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.

“Fotoşəkilləri yayılan qatar sərnişin qatarı deyil, yalnız hərəkətin təhlükəsizliyini təmin etmək üçün dəmir yolu relslərinin diaqnostikasını mütəmadi olaraq həyata keçirir”, - deyə B.Hacıyev qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO