Fərqli mədəniyyətlər BİR ARADA – Azərbaycan məhsulları beynəlxalq festivala ÇIXIR - FOTO

Fərqli mədəniyyətlər BİR ARADA – Azərbaycan məhsulları beynəlxalq festivala ÇIXIR - FOTO

Hazırda oxunan: Fərqli mədəniyyətlər BİR ARADA – Azərbaycan məhsulları beynəlxalq festivala ÇIXIR - FOTO

243217

İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri barədə mətbuat konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, festival “Azerbaijan New Skill Academy” kimi tərəfdaşlarla birlikdə təşkil olunub.

Festival 2–4 may 2025-ci il tarixlərində Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses Art Center”-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq.

Keçiriləcək festival barədə məlumat verən “Nine Senses” İncəsənət Mərkəzinin Direktoru Natalya Jukova jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən festival "Ənənədən Gerçəyə" şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirmək məqsədi daşıyır.

“Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər. Missiyası isə İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır”,- o, deyib.

Festivala Ana Torpağın səsi- Perukua, şəfaçı, döyüş sənətləri ustası Lev İvanov, ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi Gojun Xuan, antropoloq, tarix elmləri namizədi İqor Pankov və Vedanta Academy India nümayəndəsi Sudhakar Dass kimi xüsusi iştirakçılar qatılacaq.

Qeyd edək ki, “Nine Senses” Fest 2025 çərçivəsində, Azərbaycan Tekstil Assosiasiyasının dəstəyi ilə “Made in Azerbaijan” brendli məhsulların təqdim olunacağı bir yarmarka təşkil olunacaq. Bu yarmarka Shoppingaz.az onlayn alış-veriş platforması tərəfindən təşkil olunur.
Festivalın biletlərini bu keçiddən əldə edə bilərsiniz:
? //ninesenses.az/nsf25 













Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO