Gəncə Apellyasiya Məhkəməsində Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Ocaqverdiyev 17 il müddətə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonunun Əmirvar kəndində baş verib. İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəminində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:12 / 09.04.2025
Arvadını balta ilə öldürən şəxslə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Arvadını balta ilə öldürən şəxslə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Arvadını balta ilə öldürən şəxslə bağlı QƏRAR VERİLDİ
243205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.