Qusar rayonunun Samur qəsəbəsində Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər: nəsillərarası körpü” mövzusunda tədbir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışçılar bildiriblər ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:04 / 09.04.2025
Milli dəyərlərimizin gələcək nəslə ötürülməsi müzakirə olundu - FOTO
Hazırda oxunan: Milli dəyərlərimizin gələcək nəslə ötürülməsi müzakirə olundu - FOTO
Hazırda oxunan: Milli dəyərlərimizin gələcək nəslə ötürülməsi müzakirə olundu - FOTO
243204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.