Vüqar Nadirov atasının məzarını tapdı – FOTO

Vüqar Nadirov atasının məzarını tapdı – FOTO

Hazırda oxunan: Vüqar Nadirov atasının məzarını tapdı – FOTO

243201

“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu, “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirov atası Ərşad Nadirovun məzarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçu özü məlumat verib.

O bildirib ki, Ağdama dəfələrlə getsə də, atasının məzarını yalnız indi tapa bilib:

“Bacımlarımla birlikdə Ağdama, Uzundərə ərazisinə getmişdik. Birinci Qarabağ müharibəsində şəhid olmuş atam Ərşad Nadirovun məzarını tapdıq. Bunda atamın iki döyüş yoldaşının da böyük rolu oldu. Onun öz vəsiyyəti ilə Uzundərə ərazisindəki təpədə dəfn edilib”.

Qeyd edək ki, Vüqar Nadirovun atası Ərşad Nadirov Birinci Qarabağ müharibəsində batalyon komandiri olub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO