Yardımlıda QANDONDURAN OLAY - Ana 14 yaşlı qızını fahişəliyə cəlb edib

Yardımlıda QANDONDURAN OLAY - Ana 14 yaşlı qızını fahişəliyə cəlb edib

Hazırda oxunan: Yardımlıda QANDONDURAN OLAY - Ana 14 yaşlı qızını fahişəliyə cəlb edib

243179

Azərbaycanda 8-ci sinif şagirdi cinsi zorakılığa məruz qalıb. Həmçinin yeniyetmə fahişəliyə də cəlb edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə hadisə bir neçə gün əvvəl Yardımlıda olub. Məlumata görə ana yetkinlik yaşına çatmayan qızını fahişəliyə cəlb edib.
 

Kəmalə Ağazadə həmçinin azyaşlının sığınacağa yerləşdiriləcəyini və reabilitasiyaya cəlb ediləcəyini bildirib.


Qeyd edilib ki, 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Həmçinin azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb.

Digər şübhəli şəxslərlə bağlı isə istintaq işi aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Bizim.Media-ya fakt təsdiqlənib.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO