Azərbaycan Abror Akbarovu Özbəkistana təhvil verdi

Azərbaycan Abror Akbarovu Özbəkistana təhvil verdi

Hazırda oxunan: Azərbaycan Abror Akbarovu Özbəkistana təhvil verdi

243178

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, 1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO