Metronun "28 May" stansiyası bu tarixdə BAĞLANIR

Metronun "28 May" stansiyası bu tarixdə BAĞLANIR

Hazırda oxunan: Metronun "28 May" stansiyası bu tarixdə BAĞLANIR

243162

Xəbər verildiyi kimi “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb.

Belə ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Bakı Metropoliteninin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır. 

Ən çox sıxlıq müşahidə olunan “28 may” metrosunun sözügedən səbəbədən dolayı təmirə bağlanması və prosesin 6 ay sürməsi ilə bağlı xəbərlər ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Metrodan istifadə edən sərnişinlərin, xüsusilə tələbə və məktəblilərin narahatlığı isə pik saatlarda daha əlçatan olan metro fəaliyyətinin çətinləşməsi olacaq. Bir sözlə müvəqqəti də olsa sərnişinlər müvafiq qərardan dolayı bir müddət metrodan – daha doğrusu “Nizami” və “28 may” stansiyalarından məhrum olunacaqlar. Yəni yarıda düşüb sərnişin avtobuslarından istifadə etməli olacaqlar.

Bu isə həm vaxt itkisi, həm də əlavə xərc yaradacaq.  

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  məsələyə belə aydınlıq gətirib:

“"28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə bağlanılacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO