Ehtiyatda olan hərbçilər təlimə çağırıldı – FOTO

Ehtiyatda olan hərbçilər təlimə çağırıldı – FOTO

Hazırda oxunan: Ehtiyatda olan hərbçilər təlimə çağırıldı – FOTO

243147

Müdafiə naziri tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar.
 

Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara təhlükəsizlik qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq.


Toplanışda, həmçinin hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcək, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdiriləcək.

Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə çöl şəraitində keçiriləcək məşğələlərdə iştirakçılar Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnika ilə tanış olacaq, onların döyüş tətbiqini öyrənəcək, həmçinin bölmələrimizin silahlanmasında olan atıcı silahlardan döyüş atışları icra edəcəklər.

Keçirilən toplanışlarda əsas diqqət hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO