Dövlət qurumlarının vəzifəli şəxslərindən hədə-qorxu ilə pul TƏLƏB EDİLDİ

Dövlət qurumlarının vəzifəli şəxslərindən hədə-qorxu ilə pul TƏLƏB EDİLDİ

Hazırda oxunan: Dövlət qurumlarının vəzifəli şəxslərindən hədə-qorxu ilə pul TƏLƏB EDİLDİ

243116

İyirmidən çox müxtəlif dövlət qurum rəhbərlərindən hədə-qorxu ilə pul tələb edən "Dəryaz "qəzetinin təsisçisi olduğu deryaz.az saytının baş redaktoru Habil Tagıyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək alternativ cəza ilə əvəz olunmasinı məhkəmədən istəyib.

Məhkəmə vəsatəti qəbul etməyərək, cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edib.
 

Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.


Barəsində cinayət məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO