Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI - Keçən il həbs olunmuşdu

Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI - Keçən il həbs olunmuşdu

Hazırda oxunan: Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI - Keçən il həbs olunmuşdu

243106

Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.

Sabunçu Rayon Məhkəməsi Lalənin üç azyaşlı uşaq anası olmasını nəzərə alaraq belə qərar qəbul edib.

Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O, hökmə qədər azadlıqda idi.
 

Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda Laləni ərini qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilib. Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilib.


Amma yuxarı instansiyalar cəzanı həddən artıq ağır hesab edib. Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə, Ali Məhkəmə 4 ilə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO