Böyük Britaniyanın Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ötən həftə tapılan minaların sayı açıqlandı
Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.
“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşaiyət ediblər.
Bizim.Media