“Kəndin mavi yanacaqla təmin efilməsi vacibdir. Yeni əlavə transformatorların quraşdırılmasına ehtiyac var. Evlərə yeni çəkilən elektrik kabelləri qoşulmaması, çəkilən kabellərin keyfiyyətsiz olması əhalini narahat edir”.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu problemlər Qusar İH başçısının Kuzunqışlaq kəndində keçirdiyi səyyar qəbulda səsləndirilib.
Rayon rəhbərinə çatdırılan problemlərlə bağlı sakinlərə məlumat verilib ki, kəndin elektrik təchizatı sisteminin yenilənməsi işləri tam başa çatmayıb, bu istiqamətdə işlər davam etdirilir.
Qusar İcra hakimiyyətinin başçısı Sahir Məmmədxanov sakinlərin qaldırdığı məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıq verib.
Görüşdən sonra Kuzunqışlaq kəndində tikintisi yarımçıq qalmış 220 yerlik məktəb binasına baxış keçirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.