Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

Hazırda oxunan: Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

243085

Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, təqaüdə göndərilən Vəliyevin tezliklə yeni işinin başında olacağı ehtimal edilir.

Belə ki, sabiq Hərbi prokuror bundan sonra Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirə bilər.
 

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edərək, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırıb. Bu səbəbdən hazırda 70 yaşı olan Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat göndərilə bilər.


Qeyd edək ki, daha öncə 69 yaşında ədliyyə naziri vəzifəsindən azad edilən Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO