Suqovuşan və Sarıcalıda dərslər BAŞLADI - FOTO

Suqovuşan və Sarıcalıda dərslər BAŞLADI - FOTO

Hazırda oxunan: Suqovuşan və Sarıcalıda dərslər BAŞLADI - FOTO

243060

Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.

Bizim.Media xəbər verir ki, aprelin 8-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Suqovuşan və Sarıcalı kənd tam orta məktəblərində tədris vəziyyətinə baxış keçirib.

Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.

Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.

Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO