DTX terroru maliyyələşdirən 3 nəfəri saxladı - Məhkəmə BAŞLADI

DTX terroru maliyyələşdirən 3 nəfəri saxladı - Məhkəmə BAŞLADI

Hazırda oxunan: DTX terroru maliyyələşdirən 3 nəfəri saxladı - Məhkəmə BAŞLADI

243050

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər.

Məhkəmə işin baxış iclasını aprelin 22-nə təyin edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO