Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:38 / 08.04.2025
XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə aşağı enəcək
Hazırda oxunan: XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə aşağı enəcək
Hazırda oxunan: XƏBƏRDARLIQ: Temperatur 5-10 dərəcə aşağı enəcək
243049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.