Dövlət bağçalarına kameraların quraşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət bağçalarına kameraların quraşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dövlət bağçalarına kameraların quraşdırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

243047

Bu gün ölkəmizdə çox sayda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri mövcuddur.

Sözügedən müəssisələrdə uşaqların təlim-tərbiyəsi, qidalanması dövlət tərəfindən xüsusi qarşılanır. Burada bir şeyi unutmaq olmaz ki, uşaqların təlim-tərbiyə prosesi və qidalanması ilə yanaşı, onların təhlükəsizliyi də vacib şərtlərdəndir.

Çox təəssüf ki, bəzən məktəbəqədər təhsil müəssisələrindəki uşaqların döyüldüyü, zorakılığa məruz qaldığı, müəllim və dayə tərəfindən təhqir edildiyi kimi xəbərlər də eşidirik. Bu səbəbdən günümüzdə valideynlərin bir çoxu övladlarını bağçalara əmanət etmək istəmir. Daha doğrusu dövlət bağçalarına…

Məsələ burasındadır ki, valideynlərin böyük əksəriyyəti dövlət bağçalarında kameralar olmadığı üçün övladlarını ora əmanət edə bilmirlər.

Bəs hansı səbəbdən dövlət bağçalarında kameralar quraşdırılmır? Ümumiyyətlə kameraların quraşdırılması ilə bağlı hər hansı bir qərar varmı?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın soğusuna cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil müəssisələrinin kameralarla təchiz edilməsi imkanları araşdırılır:

 

”Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, eyni zamanda Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” haqqında qərarına əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində kameraların quraşdırılması nəzərdə tutulmayıb.


Müasir dövrün tələbləri, eləcə də təlim-tərbiyə prosesinə nəzarətin daha da artırılması məqsədilə hazırda məktəbəqədər təhsil müəssisələrinin kameralarla təchiz edilməsi imkanları araşdırılır. Bununla bağlı Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla müzakirələr aparılır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO