Xəbər verdiyimiz kimi hərbi xidmətdən yeni qayıdan gənci maşın vurub.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Bizim.Media-ya açıqlamasında gəncin son durumunu açıqlayıb.
Qurumdan bildirilib ki, 08.04.2025-cü il tarixində saat 12:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Bəydili kənd sakini Tofiq Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
İlkin məlumata əsasən, sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün sükanı yol kənarına çəkib. Bu zaman isə piyada yolun kənarında olub və qəza baş verib.
Ağır xəsarət alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş bir neçə gün əvvəl hərbi xidmətini başa vuraraq evinə dönmüşdü.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:55 / 08.04.2025
Biləsuvarda yol qəzasında ağır yaralanan gəncin SON DURUMU - VİDEO
Hazırda oxunan: Biləsuvarda yol qəzasında ağır yaralanan gəncin SON DURUMU - VİDEO
Hazırda oxunan: Biləsuvarda yol qəzasında ağır yaralanan gəncin SON DURUMU - VİDEO
243022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.