Bakıda qəzalı vəziyyətə düşən 4 abidə BƏRPA EDİLƏCƏK

Bakıda qəzalı vəziyyətə düşən 4 abidə BƏRPA EDİLƏCƏK

Hazırda oxunan: Bakıda qəzalı vəziyyətə düşən 4 abidə BƏRPA EDİLƏCƏK

243017

Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

Layihə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa və layihə tapşırığına uyğun şəkildə hazırlanacaq.
 

Layihə qəzalı vəziyyətə düşmüş tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə icra olunacaq. Buraya Səbail rayonunun Qurban Abbasov küçəsi, 48 ünvanında, Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsi, 144 ünvanında, Nəsimi rayonunun Mirzə İbrahimov küçəsi, 68 ünvanında və Həzi Aslanov küçəsi, 101 ünvanında yerləşən abidələr daxildir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihə-smeta sənədlərinin 556 230.87 manata hazırlanacağını proqnozlaşdırıb. (İqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO