Hərbi xidmətdən yeni qayıtmış gənc Biləsuvarda ağır qəzaya düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Bəydili kənd sakini Tofiq Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusla hərəkətdə olarkən 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
İlkin məlumata əsasən, sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün sükanı yol kənarına çəkib. Bu zaman isə piyada yolun kənarında olub və qəza baş verib.
Ağır xəsarət alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsində müalicə altındadır.
Bildirilib ki, zərərçəkmiş bir neçə gün əvvəl hərbi xidmətini başa vuraraq evinə dönmüşdü.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:01 / 08.04.2025
Biləsuvarda AĞIR QƏZA – Əsgərlikdən yeni qayıdan gənci maşın VURUB – FOTO/VİDEO
Hazırda oxunan: Biləsuvarda AĞIR QƏZA – Əsgərlikdən yeni qayıdan gənci maşın VURUB – FOTO/VİDEO
Hazırda oxunan: Biləsuvarda AĞIR QƏZA – Əsgərlikdən yeni qayıdan gənci maşın VURUB – FOTO/VİDEO
243012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.