Yardımlı rayonu, Peştəsər kənd sakini, 62 yaşlı Ədalət Qasımov mal-qara otararkən təxminən 200 metr hündürlüyü olan qayalıqdan yıxılıb.
Bizim.Media xəbər verir ki, o, ağır bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ədalət Qasımov xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyiti daxili və xarici müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media