Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban qətliamından 33 il ötür.
Bizim.Media xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 dinc sakini işgəncələrə məruz qalıb. 39 nəfər (8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb) xüsusi amansızlıqla qətlə yetirilib.
Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu olmuş ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılmış və talan olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:07 / 08.04.2025
Ağdaban qətliamından 33 İL ÖTÜR
Hazırda oxunan: Ağdaban qətliamından 33 İL ÖTÜR
Hazırda oxunan: Ağdaban qətliamından 33 İL ÖTÜR
242931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.