Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa YERLƏŞDİRİLDİ - ÖZƏL

Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa YERLƏŞDİRİLDİ - ÖZƏL

Hazırda oxunan: Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa YERLƏŞDİRİLDİ - ÖZƏL

242872

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Tovuzda 13 yaşlı qız itkin düşmüşdü. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində yeniyetmənin yeri  Gəncə şəhərində müəyyən edilərək ailəsinə təhvil verilmişdi.  

Yeniyetmə aidiyyəti qurumların müvafiq qərarı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR


O, deyib ki, 13 yaşlı qıza psixoloji dəstək göstərilməsi və reablitasiya keçməsi üçün hazırda işlər aparılır. 

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. Bir gün sonra yeniyetmə Gəncədə tapılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO