“Sədərək” və “Binə”yə görə bu qurum CƏZALANDIRILIR

“Sədərək” və “Binə”yə görə bu qurum CƏZALANDIRILIR

Hazırda oxunan: “Sədərək” və “Binə”yə görə bu qurum CƏZALANDIRILIR

242869

Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” və “Binə” ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bizim.Media xəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.
 

O qeyd edib ki, aparılan araşdırma və monitorinq zamanı sözügedən ərazidəki borunun ADSEA-nın balansındakı nasosxanaya aid olduğu, Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən həmin boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilib:


“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən  analiz aparılması üçün boru vasitəsilə dənizə axan sudan nümunələr götürülüb.

Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub.

Faktla bağlı akt və protokol tərtib edilərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO