Bakıda atasını bıçaqlayan oğul "dəlixana"ya GÖNDƏRİLDİ

Bakıda atasını bıçaqlayan oğul "dəlixana"ya GÖNDƏRİLDİ

Hazırda oxunan: Bakıda atasını bıçaqlayan oğul "dəlixana"ya GÖNDƏRİLDİ

242853

Bakının Pirallahı rayonunda atasını bıçaqlamaqda təqsirləndirilən Ömər Soltanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə baxılıb.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək müttəhimin hadisəni anlamsız vəziyyətdə törətdiyini, barəsində intensiv müşahidə altında məcburi müalicə təyin edilməsini və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini məhkəməyə təklif edib.

Məhkəmənin qərarına əsasən, Ömər Soltanov barəsində intensiv məcburi müalicə təyin edilib və cinayət məsuliyyətindən azad olunub.
 

Onun müalicəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında aparılacaq.


Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanov münaqişə zəminində atası Famil Soltanovu yaşadıqları evdə bıçaqlamaqda şübhəli bilinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO