"Melissa Group"un həbs edilən rəhbərindən YENİ XƏBƏR var

"Melissa Group"un həbs edilən rəhbərindən YENİ XƏBƏR var

Hazırda oxunan: "Melissa Group"un həbs edilən rəhbərindən YENİ XƏBƏR var

242835

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.

Bizim.Media xəbər verir ki, Qalib Məmmədovla birgə həbs edilən ekskavator sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.
 

Belə ki, hər iki şəxs barəsində Xətai Rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Onlar qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olublar.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət verilmişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO