Biləsuvarda GÜCLÜ YANĞIN – Müharibə veteranının evi KÜLƏ DÖNDÜ – FOTO/VİDEO

Biləsuvarda GÜCLÜ YANĞIN – Müharibə veteranının evi KÜLƏ DÖNDÜ – FOTO/VİDEO

Hazırda oxunan: Biləsuvarda GÜCLÜ YANĞIN – Müharibə veteranının evi KÜLƏ DÖNDÜ – FOTO/VİDEO

242808

Gecə saatlarında baş verən yanğın nəticəsində Birinci Qarabağ müharibəsi veteranı Tağı Alıcı oğlu Qasımova məxsus iki mərtəbəli yaşayış ev içindəki əşyalarla birgə tam yanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi Biləsuvarın Günəşli kəndində baş verib. 
 

Hadisə baş verən zaman ev sahibləri evdə olmayıb. Nəticədə ümumi sahəsi 196 kvadratmetrə yaxın olan taxta konstruksiyalı, ikimərtəbəli, 6 otaqlı yaşayış evi alova bürünüb. Tavandan ucalan yanğına müdaxilə etmək istəyən qonşular birinci mərtəbənin pəncərəsini qırsalar da, yanğının şiddətindən evə daxil ola bilməyiblər. 


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanan evdən hər hansı əşyanın çıxarılması belə mümkün olmayıb. 

Məlumat üçün bildirək ki, ev sahibi Tağı Qasımov fəhlə kimi çalışır. Onun yaxın günlərdə hərbi xidmətə yollanacaq oğlu isə ofsiant işlədiyindən o da evdə olmayıb. 

Qeyd edək ki, Qasımovlar ailəsində 3 övlad var. Ailəyə məxsus qiymətli zinət əşyaları belə məhv olub. Ev sahiblərinin sözlərinə görə hazırda üz tutub məskunlaşacaq yerləri yoxdur. Hadisənin qısa elektrik qapanmasından baş verdiyi ehtimal edilir.





















Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO