"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qaydalara əsasən, köçürülmə mərhələli şəkildə həyata keçiriləcək. 446 ağac depo daxilində saxlanılmaqla köçürüləcək, qalanlarına aqrotexniki qulluq göstəriləcək”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Metropolitenin Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva bildirib.
Onun sözlərinə görə, "Dərnəgül” elektrik deposu ərazisində ekoloji təsirlərin qiymətləndirilməsi aparılıb və ictimai dinləmələr keçirilib.
"Ərazinin coğrafi, geoloji vəziyyəti öyrənilib, həm tikinti, həm istismar dövrü ərzində yarana biləcək təsirlərin azaldılmadı üçün tədbirlər planı hazırlanıb. Ərazidə qorunan və ya tarixi obyektlər, nadir və ya nəsli kəsilməkdə olan ağac növləri yoxdur. Ərazidə yaşıllıq işləri aparılacaq, 1000-dək ağac və kol əkiləcək.
Depoda çəmənliklər salınacaq, müasir suvarmasistemləri qurulacaq. İnşaat dövründən yaşıllaşdırma işlərinə başlanılıb, artıq 22 sərv ağacı əkilib. Burada küknar, şam, zeytun, dekorativ bitkilər və çiçəklər yetişdiriləcək.
““Xocəsən” elektrik deposunda ekoloji tarazlığın bərpası üçün görülən işlər “Dərnəgül” deposu üçün də nümunə olacaq. Yeni yaşıllıqlar ekoloji mühiti yaxşılaşdıracaq, iş şəraitini və ərazinin ekoloji tarazlığını gücləndirəcək”.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media