Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı – YENİLƏNİB/VİDEO

Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı – YENİLƏNİB/VİDEO

242782

Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

"Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - deyə L.İsrəfilli əlavə edib.

*** 10:49

Qaraçuxurda manyak peyda olub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Gülşən Raufqızı Facebook səhifəsində yazıb.

O bildirib ki, həmin şəxs aprelin 4-dən məktəblərin ətrafında görülür:

“Azyaşlı qızlara yaxınlaşaraq əxlaqsız hərəkətlər edən məxluq ətrafdakılara gah özünü yazıq, gah da köməyə ehtiyacı olan qazi atası (?) kimi təqdim edir. Bütün valideynlərin uşaqları məktəbdən götürməyə imkanı olmur. Bu baxımdan biz Azərbaycan polisinə güvənirik”. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO