Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşdü - YENİ DETALLAR

Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşdü - YENİ DETALLAR

Hazırda oxunan: Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşdü - YENİ DETALLAR

242667

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.

TƏBİB mina partlaşışı ilə bağlı yeni detalları açıqlayıb.

Bizim.Media xəbər verir ki, qeyd edilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina partlayışında 3 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 1-i qadın cinslidır.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda daha bir nəfər minaya düşdü


Hər üç şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək k, APA-nın əldə etdiyi məlumata görə, mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü qız Məmmədova D. və 2014-cü il təvəllüdlü oğlan Məmmədov E. Səbuhi Məmmədovun övladlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO