Gəncədə boğazından bıçaqla vurulan oğlanın SON DURUMU

Gəncədə boğazından bıçaqla vurulan oğlanın SON DURUMU

Hazırda oxunan: Gəncədə boğazından bıçaqla vurulan oğlanın SON DURUMU

242653

Gəncədə boğazından bıçaq xəsarəti alan 2002-ci il təvəllüdlü N. Rüstəmovun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.

Bizim.Media-nın yerli bürosu Gəncə şəhər Birləşmiş Xəstəxanaya istinadən məlumat verir ki, 06.04.2025-ci il tarixində saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

"Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir" deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO