Aeroport yolundakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Aeroport yolundakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Aeroport yolundakı ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

242636

Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, "Saipa" markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-a "BakuBus" Mətbuat Xidmətindən bildirilib.
 

Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, "BakuBus" MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı "Neoplan" markalı avtobusa çırpılıb.


Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO