Lənkəranda toyda FACİƏ: Bacısı qızının toyuna gələn şəxs vəfat etdi - FOTO

Lənkəranda toyda FACİƏ: Bacısı qızının toyuna gələn şəxs vəfat etdi - FOTO

Hazırda oxunan: Lənkəranda toyda FACİƏ: Bacısı qızının toyuna gələn şəxs vəfat etdi - FOTO

242607

Lənkəranda keçirilən toy mərasimi gözlənilmədən faciəyə çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonunun Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov bacısı qızının toyuna qatılmaq üçün Lənkərana yollanıb.

Mərasim zamanı o, qəfildən özünü narahat hiss edib və yaxınlarından onu aptekə aparmalarını istəyib.

Aptekdən aldığı dərmanı qəbul etdikdən sonra vəziyyəti daha da ağırlaşıb.

Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılan Səyyad Yaqubova həkimlər tərəfindən ürək dayanması – kardiak arrest diaqnozu qoyulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Səyyad Yaqubovun nəşi ailəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO