AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi - FOTO

AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi - FOTO

Hazırda oxunan: AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirdi - FOTO

242604

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Çətin keçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb.

AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir.

Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO