Ölkə ərazisində külək əsir, bölgələrə yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində külək əsir, bölgələrə yağış yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Ölkə ərazisində külək əsir, bölgələrə yağış yağır - FAKTİKİ HAVA

242564

Aprelin 5-i saat 17:00-a olan məlumatına əsasən, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

Göygöl, Qax və Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO