Göyçayda qızdırmadan ölən 19 yaşlı qızla bağlı TƏBİB-dən AÇIQLAMA

Göyçayda qızdırmadan ölən 19 yaşlı qızla bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Göyçayda qızdırmadan ölən 19 yaşlı qızla bağlı TƏBİB-dən AÇIQLAMA

242542

Xəbər verildiyi kimi Göyçayda 19 yaşlı qız qəzdərmadan həyatını itirib. Belə ki. Hüngütlü kənd sakini 19 yaşlı Aysun Samir qızı Abdullayeva qızdırma ilə əlaqədar xəstəxanaya yerləşdirilib və orada ölüb.

Göyçayda baş verən hadisə ilə bağlı TƏBİB-dən Bizim. Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) 04.04.2025-ci il saat 00:22 radələrində təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə hospitalizasiya olunub.

Aparılmış insterumental və laborator müayinələrin nəticəsinə görə, pasientə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, hipotoniya diaqnozu təyin edilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün zəruri tibbi yardımlara və reanimasiya tədbirlərə baxmayaraq, saat 12:35-də həmin şəxsdə bioloji ölüm baş verib. Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septik şok, kəskin ağciyər, ürək çatışmazlığı qeyd olunur.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO