İnterpol AST Telmanı QIRMIZI XƏTLƏ axtarışa verdi - Bəs o hardadır? - FOTOFAKT

İnterpol AST Telmanı QIRMIZI XƏTLƏ axtarışa verdi - Bəs o hardadır? - FOTOFAKT

Hazırda oxunan: İnterpol AST Telmanı QIRMIZI XƏTLƏ axtarışa verdi - Bəs o hardadır? - FOTOFAKT

24254

Telman İsmayılov tarixdə müflis olan ilk dollar milyarderidir. 

Bizim.Media xəbər verir ki, təqdimata elə də ehtiyacı olmayan Telman İsmayılov qırmızı xətlə İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. O, Rusiya oliqarxlarından hesab olunur və Çerkizov bazarının yiyəsi kimi tanınırdı.

Təxminən 11-12 il əvvəl isə onun Rusiyada problemləri yaşanmağa başladı, bazar əlindən alındı, “Praqa” kimi restoranları isə satışa çıxarıldı.

Rusiya mətbuatı da yazırdı ki, Türkiyədə “Mardan Palace” otelinə dəbdəbəli açılış edən Telman İsmayılov borc-xərc içindədir. Çox adamın fikirincə AST Telmanın “bankrot”luğu da məhz Antalyadakı mehmanxanadan başladı. Çünki Telman İsmayılıov bu oteli Soçidə inşa etməliydi.
 

MÖVZU İLƏ BAĞLI:

Telman İsmayılovun şadlıq sarayı borca görə satışa çıxarıldı - FOTO


Onun bazar və müxtəlif obyektlərinin əlindən alınması azmış kimi, Telman qəsdən adam öldürmə ittihamları ilə axtarışa verildi. Onun haqqında güllələnmə, döyülmə və s. şikayətlərlə müğənni Avraam Russo da polisə müraciət edib. 

Telman İsmayılov hansı ölkələrdə axtarılır və özü haradadır?

Telman İsmayılovun Rusiyadan qaçdıqdan sonra bir müddət Türkiyədə gizləndiyi deyilirdi. Lakin Türkiyə hüquq-mühafizə orqanlarında Telman İsmayılovun növbəti cinayətdə əli olıduğu barədə şübhələr yarandı.

Detektivlərin fikrincə, Telman İsmayılov qanuni oğru olan Rövşən Canıyevin (Lənkəranski) ölümündə əli olanlardan biridir. Bu ittihamların sonunda həbs və Rusiyaya ötürüləcəyindən qorxan AST Telman atasının adı olan (Mərdan) “Mardan Palace”ı İstanbul bankına cəmi 124 milyon ABŞ dollarına satıb və təcili olaraq Çernoqoriyadakı kirayə villaya köçüb. 

Həmin vaxt onun Las-Veqasdakı ticarət mərkəzinə (Craig Valley Plaza) həbs qoyulub. ABŞ-da da onu qanunsuz maliyyə maxenasiyaları şübhəsilə (Nevada məhkəməsi) axtarırdılar.

Pullarının bir hissəsini İsveçrədə leqallaşdırdığı da deyilirdi. Lakin Sürix prokurorluğu da Telman haqqında cinayət işi qaldırıb. Məlumata görə, Telman İsmayılov heç doğma Azərbaycana da qayıda bilmir. Çünki o, beynəlxalq banka 70 milyon dollar borclanıb.

Telman İsmayılovun bank borclarına görə oğlu Ələkbərin Çernoqoriyada “Avala” kazinosuna da həbs qoyulub. 
 

2017-ci ildə Telmanın Fransadan sığınacaq istəməsi ilə bağlı məlumatlar yayıldı. Belə ki, AST Telman siyasi sığınacaq əvəzində Parisə Rusiyanın silahlıları barədə məxfi məlumatlar təqdim edəcəkdi.


Danışıqların nə ilə nəticələndiyi məlum olmasa da, Telman İsmayılov və digər oğlu Sərxanın adına Fransanın ən çox səfər olunan Nitsa şəhərindəki şirkətlərdən birində rast gəlmək olar.

Onun Nitsadakı evi isə 127 milyon avro dəyərində ölçülür. Bundan başqa AST Telman qohumu kimi təqdim olunan Nailə Sadıxovanın da adına ABŞ-da bir neçə firma qeydiyyatdan keçirib. 

2020-ci ilin oktyabr ayına olan informasiyaya görə, Telman İsmayılov Çernoqoriyada Skadar gölü sahillərində yaşayır. Jurnalistlərə açıqlamasında biznesmen bildirib ki, “hazırda pensiyadayam, tennislə məşğul olur, övladlarım və nəvələrimlə oynayıram. 

Vaxt var idi ki, AST Telman yubileylərində Monika Belluçi, Cennifer Lopes, Şeron Stoun və başqa məşhurlarla oynayırdı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO