Şəhidlər kompleksi BAXIMSIZ vəziyyətdə - Su kranları niyə BLOKLANIB? – VİDEO

Şəhidlər kompleksi BAXIMSIZ vəziyyətdə - Su kranları niyə BLOKLANIB? – VİDEO

Hazırda oxunan: Şəhidlər kompleksi BAXIMSIZ vəziyyətdə - Su kranları niyə BLOKLANIB? – VİDEO

242523

Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə şəhidlərinə həsr edilən bulaq-abidə kompleksi baxımsız vəziyyətdədir.

Bu barədə Bizim.Media-ya Türkan qəsəbəsi, Üzümçülük savxozunun sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, bulaq-abidə kompleksi keçmiş bələdiyyə sədri Böyükağa Yarıyev tərəfindən vətəndaşların təşəbbüsü ilə inşa edilib. Qəsəbənin 4 şəhidinin barelyefi qurulmuş bulaqdakı su kranları kəsilib, ağaclar quruyub və komleks məftillə bağlanıb.

Qəsəbə sakinləri yaşadıqları ərazinin yarısındakı mənzillərə su çəkilmədiyi üçün həmin bulaqdan su apardıqlarını, ondan istifadə etdiklərini bildiriblər. Hazırda su kranları kəsildiyi və bloklandığı üçün onlar şəhid bulağından istifadə edə bilmirlər.

Məsələ ilə bağlı yerli bələdiyyə ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...















Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO