Bakıda qəbiristanlıqdakı gəlinlik insanları qorxudur - VİDEO

Bakıda qəbiristanlıqdakı gəlinlik insanları qorxudur - VİDEO

Hazırda oxunan: Bakıda qəbiristanlıqdakı gəlinlik insanları qorxudur - VİDEO

242503

Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki sakinlər yaşadıqları ərazinin qəbiristanlıqla üz-üzə olmasından narazıdırlar.

Bizim.Media xəbər verir ki, qəsəbə sakinləri Zığ sürüşmə sahəsindən köçürüldüklərini və burada əvvəlcə şəraitin olmamasına baxmayaraq, əlacsızlıqdan razı olduqlarını bildirirlər. Lakin sonradan yaxınlıqda yerləşən qəbiristanlığın getdikcə genişlənməsi və evlərinə yaxınlaşması sakinləri narahat edib.

Onlar deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.

"Bizə əvvəllər dedilər ki, rus qəbiristanlığı var, amma indi qəbiristanlığı genişləndirirlər və bizim həyətlərimizə yaxınlaşır. Orada bir cavan qız dəfn edilib. Qəbrin üzərinə gəlinlik atılıb. Məktəbdən gələn uşağım qəbirin üzərində ağ gəlinliyin hərəkət etdiyini görüb, qorxub. Evə qaçıb deyir mələk uçur. Əlindən tutub aparmışam ki, qızım bax paltardır. Bu ərazi bizi qorxudur, uşaqlar burada rahatlıqla oynaya bilmirlər", - deyə sakinlərdən biri bildirib.

Ətraflı Xəzər TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO