Azər İbrahimova MN-də yüksək vəzifə VERİLDİ

Azər İbrahimova MN-də yüksək vəzifə VERİLDİ

Hazırda oxunan: Azər İbrahimova MN-də yüksək vəzifə VERİLDİ

242464

Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verib.

Bizim.Media “Unikal”a istinadən xəbər verir ki, general-mayor Azər İbrahimov nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər Dövlət Sərhəd Xidməti rəisinin müşaviri olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.

O, “Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” orden və medalla təltif edilib.

A. İbrahimov 44 günlük Vətən müharibəsində döyüşdüyü Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqlənib. O, Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO