Azərbaycanda atların sayı niyə AZALIR?

Azərbaycanda atların sayı niyə AZALIR?

Hazırda oxunan: Azərbaycanda atların sayı niyə AZALIR?

242451

Bildiyimiz kimi, ölkəmizdə uzunqulaqlarla yanaşı, atların da  sayının azalmasıyla bağlı  Dövlət Statistika Komitəsinin məlumatı açıqlanıb.

Belə ki, atların sayı 1 ildə 7 % azalıb.

Qeyd edək ki, ölkəmizdə bu iki heyvandan ən çox yük daşımaq üçün istifadə olunur.

Bəs belə halda bu azalmanın əsasında hansı amillər dayanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  bu göstəriciləri birbaşa heyvandarlığın azalmasıyla əlaqələndirir:

“Atların sayının azalması heyvandarlığın məhdudlaşdırılmasıyla bağlıdır.  Yəni, insanların heyvandarlıq etdiyi otlaqlarda atlara ehtiyac duyulur. Son illərdə isə  Azərbaycanda otlaq sahələrinin sayı azalıb. İri və xırda buynuzlu heyvanların otarılması üçün yerlər qalmayıb. Buna görə də atlara da ehtiyac duyulmur”,- deyə iqtisadçı vurğulayıb.

Müsahibimiz deyir ki,  bu azalma  heyvandarlıqla məşğul olan əhalinin sayının azalmasıyla adekvatdır.

“Hərçənd ölkədə fermerlərin, heyvandarlıq artsa, o zaman atların da sayı artacaq. Bu, otlaqların zəbt olunmasından qaynaqlanan məsələdir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO