Müddətsiz əlillik təyinatı ilə bağlı ŞAD XƏBƏR

Müddətsiz əlillik təyinatı ilə bağlı ŞAD XƏBƏR

Hazırda oxunan: Müddətsiz əlillik təyinatı ilə bağlı ŞAD XƏBƏR

242437

Müddətsiz əlillik təyinatına əsas verən meyarların sayı artırılaraq 51-dən 286-ə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu meyarların tətbiqi ilə əlillik təyinatının orqanizmin funksiyalarının itirilməsi faizləri müəyyən edilməklə aparıldığı, əlillik təyinatına əsas verən meyarların sayının 5 dəfə artırıldığı qeyd edilib.

Maraqlıdır, yeni meyarların tətbiqi əlillik təyinatlarında hansı dəyişikliklərə səbəb olacaq? Hansı növ əlilliklər daha dəqiq qiymətləndiriləcək?

Mövzu  ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, bu, nəticə etibarilə daha çox vətəndaşımızın müddətsiz əlillikdən istifadə etməsinə gətirib çıxaracaq.
 

“Bu o deməkdir ki, vətəndaşa təyin olunan əlillik dərəcəsi müddətsiz olacaq. O, artıq yenidən həkim baxışından, tibbi müayinədən keçmək məcburiyyətində olmayacaq. Sözügedən hadisə müsbət  bir hal kimi qiymətləndirilməlidir.


Təbii ki, meyarların sayının artırılması bütövlükdə bu istiqamətdə həyata keçirilən islahatların nəticəsidir. Həmin meyarlar çərçivəsində əlilliyi olan vətəndaşlarımız əmək qabiliyyəti olmadığına görə müddətsiz olaraq bu statusu daşıyacaqlar. Bu, həm presedurların sayının azalması, həm də uzunmüddətli olmasına gətirib çıxaracaq",- deyə o fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO