Hamiləlik zamanı makiyaj məhsullarından çox istifadə uşaqda bu PROBLEMLƏRƏ yol açır

Hamiləlik zamanı makiyaj məhsullarından çox istifadə uşaqda bu PROBLEMLƏRƏ yol açır

Hazırda oxunan: Hamiləlik zamanı makiyaj məhsullarından çox istifadə uşaqda bu PROBLEMLƏRƏ yol açır

242403

ABŞ-ın Emori Universiteti, Şimali Karolina Universiteti və Kolumbiya Universitetinin alimləri hamiləlik zamanı plastik məhsullarda olan maddələrin körpənin maddələr mübadiləsinə və beyin inkişafına təsir edə biləcəyini müəyyənləşdiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Nature Communications jurnalında dərc olunan araşdırmada bildirilir.
 

Söhbət ftalatlar adlanan maddələrdən gedir. Onlar kosmetik vasitələrdə, şəxsi qulluq məhsullarında, həmçinin plastik qida və içki qablarında geniş istifadə olunur.


Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik zamanı ananın qanında ftalat səviyyəsinin yüksək olması, körpənin doğulduqdan qısa müddət sonra qanında beynin inkişafı üçün vacib olan neyromediatorların əsas maddələrinin az olması ilə əlaqəlidir.

Bundan əlavə, ftalatların yüksək səviyyəsi yenidoğulmuşlarda diqqət pozğunluğu və daha yüksək həyəcan səviyyəsi ilə əlaqələndirilib.

Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə plastik məhsullara məruz qalmaq, körpənin maddələr mübadiləsinə və beyin inkişafına uzunmüddətli təsir göstərə bilər.( baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO