DİN-dən növbəti ÇAĞIRIŞ: “Bank işçisi heç bir halda bu məlumatları soruşmur"

DİN-dən növbəti ÇAĞIRIŞ: “Bank işçisi heç bir halda bu məlumatları soruşmur"

Hazırda oxunan: DİN-dən növbəti ÇAĞIRIŞ: “Bank işçisi heç bir halda bu məlumatları soruşmur"

242400

”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətində deyilir.

"Bank kartı istifadəçilərinə şübhəli zənglər edən, mesajlar yazan şəxslər bankların adından hərəkət edirlər.

Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar: “Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var”.

Əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir. Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsini, bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənirsə dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə oğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər.
 

Bir daha çağırış, bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim edərək zəng edən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir.


Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng edin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO