Mayora hücum edən kikboksçuların həbs müddəti UZADILDI

Mayora hücum edən kikboksçuların həbs müddəti UZADILDI

Hazırda oxunan: Mayora hücum edən kikboksçuların həbs müddəti UZADILDI

242387

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb.
 

Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.


Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.

Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO